Dünya

Paşinyan rəqiblərini həbsə doldurur: Müxalifət liderləri tutuldu

Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhdarlarının həbsi davam edir. 

Savash.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu gün “Vahid Ermənistan” partiyasının lideri Artur Kazinyana ittiham irəli sürülüb. O qanunsuz kütləvi yığıncaqlar təşkil etməkdə təqsirli bilinir.

Kazinyan jurnalistlərə açıqlamasında bildirib ki, onu başqa maddə ilə həbs ediblər. Lakin ittihamı irəli sürərəkən maddəni dəyişiblər. “Açıq-aydın görünür ki, bu, siyasi təqibdir.  Bu cinayət işində heç hüquqi əsas yoxdur”, – deyə o vurğulayıb.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov barəsində də cinayət işi başlanıb. Şarmazanov bəyan edib ki, artıq ona ittiham irəli sürülüb. Müxalifətçi fəal qanunsuz kütləvi yığıncaqlar təşkil etməkdə ittiham edilir.  

«Növbəti dəfə Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırıldıq. Məni Ermənistan Cinayət Məcəlləsinin 225.1-ci maddəsi (qanunsuz kütləvi yığıncaqlar təşkil etmək) ilə ittiham edirlər. İttihamı qəbul etmədiyimi və ifadə verməyəcəyimi bəyan etdim”, – deyə Şarmazanov bildirib.

Bundan başqa, “Vətən” partiyasının lideri Artur Vanetsyan və “ARF Daşnaksütyün” partiyasının Ali Orqanının təmsilçisi İşxan Saqatelyan Xüsusi İctintaq Ximdətinə çağırılıb. Bu barədə Vanetsyanın vəkili Lusine Saakyan məlumat yayıb.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxs qanunsuz kütləvi tədbirlərin təşkili ilə bağlı başlanan cinayət işi üzrə dindirildiyini bildirib.

Son günlər Vametsyan bir neçə dəfə hüquq-mühafizə orqanlarının “qonağı” olub. Onun və valideynlərinin evində axtarış aparılıb.

Bəzi məlumatlara görə, həbslər bu gün İrəvanda keçirilməsi planlaşdırılan mitinqlə bağlıdır.

Müxalifətin təşkil etdiyi aksiyanın əsas tələbi Paşinyanın istefasıdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists