Dünya

“5 min həlak olan, 10 min yaralı, çökmüş iqtisadiyyat, boş büdcə” – Erməni deputatın etirafı

“Nikol Paşinyan müharibənin fəsadlarının açıqlanmasından qorxur”.

Savash.org xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan deyib.

O bildirib ki, hələ Ermənistanın Dağlıq Qarabağ müharibəsində itkiləri 5 min həlak olan, 8 000-10 000 yaralı, çökmüş iqtisadiyyat, boş büdcə, beynəlxalq qüvvələrlə pozulmuş münasibətlər, biabırçı mənəvi-psixoloji mühitdir:

“Bu, faciədir və bunun günahkarı bir nəfərdir. O, “Mənim addımım” blokunu girov saxlayır. Paşinyan “Mənə qarşı danışan xaindir” deyərək öz partiya yoldaşlarını təhdid edir. Söz-söhbət gəzir ki, baş nazir kriminal aləmin nümayəndələrini deputatların üstünə göndərir”. (Trend)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists