Dünya

Erməni nazirin istefa ərizəsi yazmasının səbəbi məlum olub

Ermənistanın Baş naziri Nikol Paşinyan komandasında təmizləmələri davam etdirir.

Savash.org xəbər verir ki, Xarici İşlər naziri Zöhrab Mnatasakyan və Fövqəladə Hallar naziri Feliks Tsolakyanın istefaya göndərilməsindən sonra növbə Yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyana çatıb.

“Hrapark” qəzeti yazır ki, Akop Arşakyan yaxın günlərdə istefaya göndərilə bilər.

Məlumata görə, Akop Arşakyan Ermənistan istehsalı olan pilotsuz uçan aparatların (PUA) sınaqdan keçirilməsi prosesində şəxsən iştirak etmək üçün Gorusa gəlib.

Medianın və çox sayda insanın qatıldığı tədbirdə nazir PUA-lardan birinin sınaq uçuşunu həyata keçirib. Lakin PUA bir neçə metr hündürlüyə qalxdıqdan sonra yerə düşüb.

Bu və hərbi-sənaye kompleksinin qurulması prosesindəki digər uğursuzluqlar Akop Arşakyanın karyerasının sonunu gətirib.

“Sputnik Ermənista” məsələ ilə bağlı Yüksək Texnologiyalar Sənayesi Nazirliyi əlaqə saxlasa da, qurum yayılan məlumata heç bir şərh verməyib. Sputnik Ermənistanın verdiyi məlumata görə, son iki ildə hücum dronunun yalnız bir modeli sınaqdan keçirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists