Dünya

Hindistanda virusa yoluxanların sayı 9 milyonu ötüb

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 45 min 882 yoluxma qeydə alınıb.

Savash.org xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 9 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 9 milyonu ötən ikinci ölkədir.

Ötən gün COVID-19 infeksiyası səbəbindən 584 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 132 min 162-yə çatıb.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists