Dünya

“Paşinyan qorxu içində yaşayır” – Artur Vanetsyan

“Artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get”.

Savash.org xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri, deputat Artur Vanetsyan baş nazir Nikol Paşinyana müraciət edərək deyib.

Ermənistanın “5-ci kanal” televiziya kanalında çıxış edən A. Vanetsiyan bildirib ki, bu gün N.Paşinyan qorxu içində yaşayır, lakin Ermənistanın siyasi qüvvələri ona təminat verə bilərlər.

Jurnalistin “N.Paşinyan nədən qorxur” sualına partiya sədri maraqlı cavab verib. O qeyd edib ki, bu gün Ermənistanda xaos baş verir, ona görə də insanların başı şəxsi problemlərinə qarışıb. Bir müddətdən sonra Azərbaycanla hərbi əməliyyatlarda 5 min əsgərin ölümü, boş büdcə, aclıq və səfalət, koronavirus infeksiyasının geniş yayılması, beyəlxalq aləmdə müttəfiqinin olmaması insanları ciddi düşündürəcək. Bütün bunların günahkarı Paşinyandır. Ona görə də onun həyatı təhlükədədir. Bu günahlarla Paşinyanın hakimiyyətdə qalmağa çalışması insanlarda ikrah hissi oyadır”. (Azərtac)

Qeyd edək ki, Ermənistanda 17 siyasi partiya N.Paşinyana müraciət ünvanlayaraq onun istefasını tələb edib. Hər gün Yerevanın küçələrində kütləvi aksiyalar keçirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists