Dünya

Erməni KİV: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”

Dünən İrəvanda və Ermənistanın bəzi bölgələrində baş verən aksiyaları yatırmağa çağırılan polis qüvvələrinin əhəmiyyətli bir hissəsi maskalı olub.

Bu barədə “Hraparak” qəzeti xəbər verib.

“Səbəb polisin məğlub olan baş naziri açıq şəkildə müdafiə etməkdən utanması deyil. Əksəriyyəti hökumət iqamətgahlarında toplanan, forma verilən və hökumət əleyhinə aksiyaları yatırmaq üçün istifadə olunan dəstənin üzvləri olduğu barədə əlimizdə dəlillər var”, – deyə nəşr vurğulayıb.

Bu maskalı şəxslərin kobud müdaxilə ilə vətəndaşlara qarşı zorakılıq tətbiq etdiyi deyilən məqalədə onların Çin forması geyinməsindən də təəccüb ifadə olunub. Məqalədə onların polis məmurları deyil, müxtəlif oliqarxların mühafizəçiləri oduğu qeyd edilib.

Polisin mətbuat xidməti “Hraparak”ın bu bardə sorğusunu cavablandırarkən bu vəziyyəti polis qoşunlarının döyüş əməliyyatlarında iştirak etmələri və geri qayıtdıqdan sonra formalarının yararsız olmaları ilə izah ediblər.

“Anbardan forma verildi, amma vaxt çatışmazlığı səbəbindən erməni dilində yazı düzəltmək mümkün olmadı”, – deyə DİN-ən bildirilib.

“Yəni orduda yalnız dəbilqə və geyim forması deyil, həm də polis forması qıtlığı var. İfşa davam edir”, – deyə “Hraparak” qəzeti yazır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists