Dünya

“ABŞ-da yüz minlərlə saxta səs aşkarlanıb”

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığı ilə bağlı dəlillərə malik olduğunu deyib.

Savash.org bildirir ki, o bu barədə “Twitter” hesabında yazıb.

D.Tramp təəccüblə soruşub: “Tərəfdaşlarım yüz minlərlə saxta səs tapdıqları zaman Co Bayden niyə bu qədər sürətlə hökumət yaradır?”.

Trampın sözlərinə görə, saxtakarlıqla bağlı mövcud məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayətdir.

Eyni zamanda, Tramp ümid edir ki, məhkəmələr və qanunverici orqanlar seçkilərin və ABŞ-ın özünün dürüstlüyünü qorumaq üçün lazım olanı edə bilər.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Ölkə mediası Co Baydenin qələbə qazandığını yazır. Artıq bir neçə ölkə lideri onu qələbə münasibətilə təbrik edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists