Dünya

Paşinyanın istefasını tələb edən erməni ölüm aclığına başladı

Ermənistanda müxalif “Daşnaksütyun” partiyasının fəalı Geqam Manukyan müddətsiz aclıq elan edib.

Savash.org xəbər verir ki, bu barədə müxalif fəal sosial şəbəkədə bəyan edib. Onun tələbi Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsidir.

“Əziz həmvətənlər, Ermənistanın vətəndaşı Baş nazir Nikol Paşinyanın destruktiv addımları nəticəsində vətənimizin mühüm bir hissəsinin itirilməsindən narahatlıq keçirir, şəxsi və milli faciə yaşayıram.

Anlayıram ki, bu hökumət, Baş nazir Paşinyan dəyişiklik etmək, danışıqlar apararaq daha yaxşı nəticələrə nail olmaq iqtidarında deyil.

Müddətsiz aclıq elan edirəm. Tələbim Nikol Paşinyanın istefasıdır. Nikol getməlidir!”, – deyə o bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button