Dünya

Putin dünyanı hədələdi

Putin dünyanı hədələdiRusiya öz hərbi potensialını daha da genişləndirəcək və həmişə istənilən təzyiqə adekvat cavab verəcək.

Savash.org anspress-ə istinadən xəbər verir ki, məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ordu günü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən bildirib.Prezident bəyan edib ki, heç bir ölkə Rusiyanı hərbi yolla qalib gələcəyi barədə illüziyalara qapılmasın.

“Bizə təzyiq göstərməyi də ağıllarından keçirməsinlər. Həmişə adekvat cavabımız olacaq. Bizim əsgər və zabitlərimiz sübut ediblər ki, ən çətin tapşırıqların öhdəsindən mərd, peşəkarcasına, qərarlılıqla gəlirlər. Müasir ordumuz ənənələrinə tamaamilə sadiqdir” – deyə Vladimir Putin bildirib

Putin onu da əlavə edib ki, Rusiya ordusu ildən-ilə güclənir və hava-kosmik müdafisəi sistemlərini və nüvə silahlarını təkmilləşdirir. Bu isə qlobal bərabərliyin təminatıdır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button