Dünya

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistana qaz, neft məhsulları və almazların tədarükü sahəsində əməkdaşlığa dair Sazişə dəyişikliklərin ratifikasiyası haqqında qanun imzalayıb.

Savash.org bildirir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Bildirilir ki, dəyişikliklərə əsasən, indi Rusiya ərazisindən neft məhsullarının (neft qətranı) Ermənistan ərazisinə ixracına görə ixrac gömrük vergisi tutulmayacaq. Bundan əlavə, Avrasiya İqtisadi Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturasının kodları yenilənəcək.

RİA Novosti xatırladır ki, 2020-ci ilin aprelində Vladimir Putin Rusiyadan Ermənistana neft məhsulları aparılarkən gömrük bəyannaməsini sadələşdirib. Dəyişikliklər oktan miqdarı 95-dən az olan avtomobil benzininin, dizel yanacağının, reaktiv mühərriklər üçün yanacağın, yanacaq mazutunun və neft maye parafinin tədarükünə aid edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button