Dünya

Rusiyada Google barədə araşdırma başlayıb – ABŞ nəhəngi nədə ittiham olunur?

Rusiyanın media tənzimləyicisi “Roskomnadzor” ABŞ-n Google texnologiya nəhənginə qarşı araşdırmaya başlayıb. Google şirkətinin qadağan olunmuş kontenti axtarış mühərrikindən çıxarmadığı bildirilir.

Roskomnadzor noyabrın 23-də bəyan edib ki, Google axtarış mühərrikindəki “təhlükəli kontent”in 30 faizini silmir.

“Şirkət Rusiya qanunvericiliyinin tələblərinəəməl etməməkdə ittiham olunur”, – bəyanatda vurğulanır.

İddia olunan təhlükəli kontentə ekstremizm, pornoqrafiya, intiharın təbliği kimi mövzuların daxil olduğu bildirilir. Bu administrativ prosedur məhkəmə işilə və 5 milyon rubladək (65 min 670 dollar) cəriməylə nəticələnə bilər.

Google hələlik, məsələni şərh etməyib.

Rusiya qanunvericiliyinə görə, axtarış mühərrikləri Rusiyada bloklanmış saytları axtarış nəticələrindən çıxarmalıdır. Bundan ötrü isə onlar qadağan olunmuş saytların reyestri iləəlaqə qurmalıdırlar.

Google daha öncə də nisbətən kiçik məbləğlərdə cərimələnib, Roskomnadzorun qadağan olunmuş informasiya reyestrinə uyğun olaraq axtarış nəticələrinin filtrindən imtina edib.

Şirkət mütəmadi olaraq axtarış mühərriklərindən qadağan olunmuş saytları çıxarır, ancaq bunu avtomatik deyil, qadağanın əsaslarını öyrənəndən sonra edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button