Dünya

“Paşinyan Qarabağı təslim etmək üçü baş nazir təyin edilib”

Məşhur rusiyalı politoloq Sergey Kurginyan Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edib. 

Savash.org xəbər verir ki, politoloq Paşinyanı üzərinə düşən vəizəfəyə laqeyd yanaşmaqda, Ermənistanın hərbi əməliyyatlarını sabotaj etməkdə və Dağlıq Qarabağ “xalqına” xəyanət etməkdə suşlayıb.

“Paşinyan Dağlıq Qarabağı təslim etmək üçü Baş nazir təyin edilib” deyən Kurginyan əlavə edib ki, Paşinyan Qərbin maraqlarından çıxış edərək atəşkəs sazişinin imzalanmasından əvvəl ordunu Dağlıq Qarabağın açar şəhəri olan Şuşadan çıxarıb: “Paşinyanı hakimiyyətdə saxlasaq Ermənistanda qazandığımız hər şeyi məhv edəcək. Onun hakimiyyətdə qalması Ermənistanı NATO-ya təhvil vermək deməkdir”.

Kurginyan əlavə edib ki, indi əsas vəzifə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqdır. Politoloq Paşinyanın devrilməsi nəticəsində millətçilərin və digər xoşagəlməz siyasi qüvvələrin önə çıxa biləcəyi təhlükəsinə cavab olaraq deyib ki, istənilən alternativ Paşinyan hakimiyyətinin davam etməsindən daha yaxşıdır. “Burada Rusiya üçün Paşinyanın özündən başqa hansısa qəbahət yoxdur. Paşinyan getməlidir, bir vaxtlar deyildiyi kimi Karfagen məhv edilməlidir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button