Dünya

“Ukraynaya qayıdıb, əlimdən gələni edəcəyəm”- Yanukoviç

“Ukraynaya qayıdıb, əlimdən gələni edəcəyəm”- YanukoviçUkraynanın eks-prezidenti Viktor Yanukoviç Ukraynaya qayıdacağını və ölkədəki yaşayışı “asanlaşdıracağı”nı bəyan edib.

Yanukoviç bu barədə Rusiyanın “Birinci kanalı”na müsahibəsində bildirib. O, Ukrayndakı etiraz dalğasına rəhbərlik etmək istəsə də, sonradan bu fikrindən daşınıb:

“İmkan düşən kimi Ukraynaya qayıdıb ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm, vəziyyətə nəzarət lazımdır. Hazırda əsas məsələ müharibənin dayandırılmasıdır”.

Keçmiş dövlət başçısı qeyd edib ki, Ukrayanada olmadığı müddətdə oraya öz adamlarını göndərərək vəziyyətin “monitorinqini” aparıb. Yanukoviç etiraz dalğasına rəhbərlik etmək fikrindən daşınmasını öz şəxsi həyatına olan təhlükəylə əlaqələndirib: “Maydan”dan sonra Ukraynadakı həyat tamamilə dağıdıldı. Ərazi itkisi, insan ölümü, haqsızlıq-bütün bunlar hazırki hakimiyyətin qazandıqlarıdır…”

Qeyd edək ki, Viktor Yanukoviç Ukraynanı ötən ilin fevralında tərk edib. O, bu hadisədən sonra iki dəfə Rostovda mətbuat konfransı təşkil edib. Amma rəsmi Kreml Yanukoviçə Rusiya vətəndaşlığı verilməsi xəbərini inkar edir.

Yanvardan Yanukoviç İnterpol xətti ilə axtarışa verilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button