Dünya

Ukraynada müharibə bitir – Ağır silahlar geri çəkilir

Ukraynada müharibə bitir - Ağır silahlar geri çəkilirUkraynanın şərqindəki Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ağır silahların münaqişə zonasından çıxarılması barədə sənədi imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə qondarma respublikanın müdafiə nazirliyinin rəsmisi Eduard Basurin açıqlama verib. O, Zaxarçenkonun müalicə aldığı xəstəxanada sənədi imzaladığını bildirib:

“Döyüşlər bütün təmas xətti boyunca dayandırılıb. Lakin Ukrayna tərəfi hələ də təxribatlar törədir”.

Qeyd edək ki, daha öncə də Luqansk separatçıları eyni sənədi imzalamışdı.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button