Dünya

Ermənistan parlamentində dava düşdü, mühafizəçilər müdaxilə etdi

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

Savash.org xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Dava “Mənim addımım” Partiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı başlayıb. Belə ki, “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın müharibədəki məğlubiyyətlə bağlı sualına A.Danielyan kobud cavab verib.

Bu zaman müxalif partiyanın daha bir üzvü Naira Zoqrabyan baş nazir Nikol Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyini söyləyərək müdaxilə edib.

A.Danielyan isə cavabında “siz də Azərbaycanda super ulduzsunuz” deyib. Bundan sonra parlamentdə dava düşüb.

Erməni deputatları yalnız mühafizəçilərin yardımı ilə ayırmaq mümkün olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button