Dünya

Türkiyə ordusu gecəykən Suriyaya girdi

Türkiyə ordusu gecəykən Suriyaya girdi\”Türkiyə ordusu fevralın 22-ə keçən gecə «Süleyman şah» türbəsinin təhlükəsiziliyinin təmin edilməsi məqsədi ilə Türkiyə sərhədindən 37 km məsafədə olan Suriya ərazisinə girib\”.

Xəbəri \”Turan\” Türkiyə KİV-lərinə istinadən yayıb. Əməliyyat gedişində Süleyman şahın balzamlanmış cənazəsi və bərpa tələb edən əmanətlərin olduğu məqbərəni qoruyan 40 türk hərbçisi Suriya ərazisində daha təhlükəsiz bir əraziyə köçürülüb. Yeni ərazidə Türkiyə bayrağı qaldırılıb və ərazi türk ordusu tərəfindən qorunur.

Əməliyyatda 572 türk hərbçisi, 100-dən çox tank və zirehli maşın, həmçinin aviasiya iştirak edib. Əməliyyat zamanı bir hərbçi qeyri-döyüş şəraitində şəhid olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button