Avropa liderləri Ukraynaya axışdı – (Fotolar)
Ukraynanın paytaxtı Kiyevdə Maydan hadisələrinin ildönümünə həsr olunmuş yürüş keçirilib.
“Qürur yürüyüşü”nə Avropa Birliyi Şurasının sədri Donald Tusk başda olmaqla, bir çox Avropa ölkəsi başçıları qatılıb. Belə ki, paytaxt Kiyevin mərkəzindəki Müstəqillik meydanında reallaşan “qürur yürüyüşü”nə Ukrayna prezidenti Petro Poroşenko, Almaniya prezidenti Joachim Gauck, Polşa prezidenti Bronislav Komorovski, Litva prezidenti Dalia Grybauskaite, Moldova prezidenti Nikola Timofti, Slovakiya prezidenti Andrey Kiska və Gürcüstan prezidenti Georgi Margvelaşvili də qatılıb.
Hakimiyyət nümayəndələrinin və minlərlə Ukraynalının qatıldığı yürüşdə, Krım tatarları da işğal edilən vətənləri Krımı təmsil ediblər.
Petro Poroşenko, qonaqları Mixaylovskiy meydanında Rusiya meyilli separatçılardan ələ keçirilən mobil raket sistemi qrad, smerç mərmiləri və pilostuz hava vasitələri kimi hərbi materialların yer aldığı sərgini gəzdirib. AB liderləri, minlərlə ukraynalı ilə birlikdə çiyin-çiyinə hərəkət edib. Qol-qola girən liderlərin yürüşü keçən il qanlı hadisələrin yaşandığı və 100-dən çox vətəndaşın həyatını itirdiyi bir neçə küçədə reallaşıb. (azadliq.info)