Dünya

Ermənistanda tanınmış ziyalılar xalqı yürüşə çağırdılar

Erməni rejissor Mher Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Hrant Toxatyan Ermənistan xalqına müraciət ediblər.

Savash.org yerli KİV-ə istinadən bildirir ki, onlar Ermənistan hökumətini İkinci Qarabağ müharibəsində əsir və itkin düşən hərbçilərlə maraqlanmamaqda günahlandırıblar.

“Məlum oldu ki, Ermənistanda hökumət yoxdur. Müharibədə itkin düşmüş və əsir götürülənlərin geri qaytarılması, habelə ölən əsgərlərin qalıqlarının dəfn edilməsi prosesi ilə koordinasiyalı və məsuliyyətlə məşğul olan səlahiyyətli dövlət qurumu yoxdur. Bu taleyüklü məsələnin həlli üçün hər dəqiqənin qiymətli olduğunu başa düşürük. Həm də dərk edirik ki, problemin həlli harada yaşamasından asılı olmayaraq hər bir ermənidən asılıdır”.

Adları çəkilən şəxslər Ermənistan vətəndaşlarını Yerevandakı Azadlıq meydanına axışmağa və yürüşə çıxmağa çağırıblar: “Əsgərlərimizin və hərbçilərimizin yaxınlarına dəstək olmaq və bütün nüfuzlu beynəlxalq strukturlarda bizi eşitdirmək üçün yürüş başlayacaq. Siyasi üstünlüklərindən asılı olmayaraq, bütün soydaşlarımız, bu məsələnin həllində iştirak etmək istəyən hər kəs bizə qoşulsun”.

Qeyd edək ki, yürüş təşkilatçıları itkin düşən və ölənlərin şəkillərinin gətirilməsini də xahiş ediblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button