Dünya
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar

Qarabağ müharibəsində iştirak edən erməni əsgərlərinin valideynləri Yerevanda yenidən Hökumət evinin qarşısına toplaşıb.
Savash.org xəbər verir ki, etirazçıların bir qismi baş nazir Nikol Paşinyanın köməkçisi ilə görüşə yollanıb.
Xatırladaq ki, Yerevanda əsgər valideynlərinin aksiyaları bir neçə gündür davam edir.
Onlar Qarabağda döyüşən əsgərlərin evə qaytarılmasını tələb edir.