Dünya

İki ölkə arasında gərginlik: səfirlər deportasiya edildi

Çernoqoriya və Serbiya qarşılıqlı olaraq səfirlərini geri çağırmaq qərarına gəliblər.

Bu barədə Çernoqoriya Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN bildirib ki, Serbiyanın Çernoqoriyadakı səfiri Vladimir Bozoviç ölkənin daxili işlərinə qarışır.

Nazirliyin açıqlamasında şifahi və yazılı xəbərdarlıq alan Bozoviçin ölkəni tərk etməsinə 72 saat vaxt verildiyi ifadə edilib. Cavab olaraq Serbiya Xarici İşlər Nazirliyi Çernoqoriyanın Serbiyadakı səfiri Tarzan Miloseviçin deportasiya edildiyini açıqlayıb.

Qeyd edək ki, Bozoviç bir müddət əvvəl Çernoqoriyanın 1918-ci ildə Serb, Xorvat və Sloven Krallığına daxil olma qərarını “qurtuluş” kimi qiymətləndirmişdi. 

Xatırladaq ki, Çernoqoriya 2006-cı ildə müstəqil olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button