Dünya

Gürcüstanda xəstəxanaya silahlı hücum edildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xəstəxanaya silahlı hücum edilib.

Savash.org xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Sputnik Gürcüstan”a verilən məlumata görə, polis paytaxtın kənarındakı Tbilisi Dəniz Xəstəxanasında silahlı şübhəlilərinin tutulması üçün intensiv əməliyyat və istintaq tədbirləri həyata keçirir.

Klinikaya neçə nəfərin və hansı məqsədlə hücum etdiyi barədə hələ məlumat verilməyib.

İlkin məlumata görə, hadisə nəticəsində heç kim zərər görməyib.

Hadisə ilə bağlı “Mütəşəkkil törədilən soyğunçuluq” maddəsi ilə cinayət işi başladılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button