Dünya

Yunanıstanda koronavirusla bağlı rəqəmlər yalandır – İddia

Yunanıstanda koronavirusa (“COVID-19”) yoluxma statistikasının həqiqəti əks etdirmədiyi iddia olunub.

Savash.org xəbər verir ki, yunan mətbuatında yer alan məlumatlarda ölkədə açıqlanan rəqəmlərin yalan olduğu vurğulanıb. Bu, hesablamaların Milli Xalq Sağlamlığı Təşkilatı (EODY) tərəfindən 2 fərqli metoddan istifadə etməsindən sonra ortaya çıxıb. 

Nazirlər Kabineti və Səhiyyə Nazirliyi ekspert komitəsinə göndərdiyi rəqəmləri dövlət və özəl xəstəxanalarına fərqli təqdim edib.

Afina Prokurorluğu iddiaları araşdırmaq üçün EODY barədə istintaq başladıb.

Qeyd edək ki, bu günə qədər Yunanıstanda 105 min 271 nəfər koronavirusa yoluxub, 2406 nəfər vəfat edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button