Dünya
Nazarbayevin keçmiş yeznəsi həbsxanada intihar etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş yeznəsi Rahat Əliyev Avstriya həbsxanasında ölü olaraq tapılıb.
Reuters məhkəmə nümayəndəsinə istinadən xəbər verir ki, ilkin məlumata görə bu, intihardır.
“O, özünü öldürüb”, – o deyib.
Keçən ilin dekabrında Əliyevi 2007-ci ildə Avstriyada iki bankirin ölümündə ittiham ediblər.