Dünya

Bayden İranı sanksiya ilə hədələdi

ABŞ-ın yeni Prezidenti Co Bayden “New York Times” qəzetinə daxili və xarici siyasət planları barədə danışıb.

Savash.org xəbər verir ki, Bayden vəzifəyə başlamasını gözləmədən ABŞ Konqresində iqtisadi yardım paketi qanununun qəbul edilməsini təmin edəcəyini bildirib.

Xarici siyasəti də qiymətləndirən Bayden  Donald Tramp administrasiyasının geri çəkildiyi İran nüvə anlaşmasına dönəcəyini, ancaq bu müddətin çətin olacağını bildirib. 

“İranın nüvə silahına sahib olması Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələri öz ərazisində bu silahların olmasına təşviq edir”.

Bayden ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə danışıqlar yolu ilə İrana qoyulan məhdudiyyətləri sərtləşdirməyə və genişləndirməyə çalışacağını və raket proqramını gündəmə gətirəcəyini söyləyib: “ABŞ-ın lazım olduqda sanksiyaları geri qaytarmaq seçimi var və İran bunun fərqindədir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button