Dünya

Ermənistan partlayışla üz-üzə: Əhalinin səbri tükəndi

Qarabağda müharibə bitər-bitməz Ermənistanda sosial problemlər daha da dərinləşməyə başlayıb. 

Savash.org erməni mediasına istinadən xəbər verir ki, bir tərəfdən müharibənin, digər tərəfdən koronavirus infeksiyasının vurduğu ziyan Ermənistanda sosial partlayış təhlükəsi yaradıb. Artıq erməni ictimai-siyasi fəallar həyəcan təbili çalır.

Bu günlərdə mavi qazın qiymətində sıçrayış baş verməsi vəziyyəti daha da gəginləşdirib. Artıq yaxın vaxtlarda ölkədə sosial etirazların baş qaldıracağı deyilir.

Məlumat üçün deyək ki, qazın qiyməti 320 drama (1.07 AZN) qədər bahalaşıb.

“ARF Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryanın sözlərinə qiymət artımı davam edəcək.

“Qazın qiyməti 320 dram oldu. Türkiyə portlarının və Azərbaycan bazarının açılışına qədər yeni qiymət artımı gözləyin”, – deyə o qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button