Spiker parlamentdə “Candy Crush” oynadı (VİDEO)
İspaniya parlamentində “Milli dövlət” müzakirələrinin aparıldığı plenar iclasında qəribə bir hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, müzakirələr zamanı baş nazir Marian Raxoy çıxış edərkən parlamentin spikeri Seliya Villalobos planşetdə “Candy Crush” oynayıb.
Baş nazir Raxoyun partiyasından olan Villalobos oyuna elə aludə olub ki, kameralar tərəfindən çəkildiyindən xəbəri olmayıb.
Bildirilir ki, İspaniya parlamentində iqtisadi islahatların müzakirə olunduğu “Milli dövlət” iclası ildə bir dəfə olur və plenar iclas bir çox kanal tərəfindən birbaşa yayımlanır.
Həmin iclasda da iqtidar və müxalifət bütün heyəti ilə iştirak edib.
“Candy Crush” oynayarkən kameralara yaxalanan Seliya Villalobos jurnalistlərin suallarını cavabsız qoyub.
Onun görüntüləri isə internetlə bütün dünyaya yayılıb.