Dünya

Putinlə şam yeməyinə 30 min verdi

Putinlə şam yeməyinə 30 min verdi
İtaliya məhkəməsi aktrisa Ornella Mutini tamaşanı buraxdığına görə \”Cuzeppe Verdi\” Teatrına 30 min avro məbləğində cərimə ödəməyə məhkum edib.

ANS PRESS-in məlumatına görə, tamaşa günü, 2010-cu il 10 dekabrda, Muti Rusiyada Vladimir Putinin iştirakı ilə xeyriyyə naharında olub.

İtaliyanın şimalındakı Pordenone şəhər teatrından 25 min avro qonorar almış aktrisa səhhətinin pisləşməsi səbəbindən tamaşada iştirak edə bilməyəcəyini bildirib. Lakin Mutinin təqdim etdiyi bərk soyuqdəymə haqqında arayışın saxta olduğu üzə çıxıb.

Məhkəmə işinə baxan hakim 59 yaşlı aktrisa barəsində 8 ay müddətinə həbs və 600 avro məbləğində cərimə tədbiri seçib. Lakin, ANSA İtaliya agentliyinin məlumatına görə, Ornela Mutiyə həbs cəzasını çəkmək əvəzinə teatra 30 min avro cərimə ödəmək icazəsi verilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button