Dünya

Meşələrdə 300-dən çox erməni əsgəri gizlənib

Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan parlamentin iclasında Baş nazir Nikol Paşinyanı sərt tənqid edib. 

Savash.org erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan Paşinyanı Meğridən kommunikasiya xətlərinin çəkilməsinə razılıq verdiyi üçün qınayıb: “Baş nazir Nikol Paşinyan Mehridən kommunikasiya xətləri çəkilməsinə, bununla da Azərbaycanla Naxçıvanın quru yolla birləşməsinə icazə verdi. Türklər 100 ildir bunu arzulayırdılar. İndi Böyük Turan yaratmaq üçün əllərinə imkan düşüb”.

Aram Sarkisyan daha sonra iddia edib ki, Qarabağda Azərbaycanın nəzarətində olan ərazilərdə 300-ə yaxın gənc əsgər qalıb. “Bu günlərdə Aleksandr Radov adlı şəxs Qarabağa yollanıb və öz yaxınlarının vasitəsilə aydınlaşdırıb ki, təxminən 300-ə yaxın gənc əsgər hazırda Azərbaycanın nəzarəti altında olan ərazilərdə, meşələrdə gizlənir. Onlar oradan çıxmağa çalışırlar, amma heç kim onlara kömək etmir. Çünki Ermənistanda hakimiyyət yoxdur, iş qabiliyyətini itirib”,- deyə deputat bildirib.

Azərbaycanın nəzarətində olan ərazilərdə erməni əsgərlərinin qalması barədə bundan əvvəl də iddialar səsləndirilib.

Bir müddət əvvəl müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zöhrabyan bildirmişdi ki, Hadrut ətrafındakı meşələrdə bir qrup erməni əsgəri gizlənib. Onlar mühasirədən çıxmaq üçün zəng vurub kömək istəyib.

Bəzi məlumatlara görə, erməni əsgərlərinin hələ də Azərbaycanın nəzarətində olan ərazilərdə gizlənməsi əslində Ermənistanın hibrid müharibə planlarından xəbər verir.

İrəvan sadəcə erməni əsgərlərinin Azərbaycanın nəzarətində olan ərazilərdə gizləndiyini və ya mühasirədə olduğunu bəyan etməklə isə əsl niyyətini pərdələməyə çalışır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button