Dünya

Yunanıstanda üsyan başladı

Yunanıstanda üsyan başladı

Yunanıstanın paytaxtı Afinada yeni hökumətə qarşı etiraz aksiyası başlayıb.

ANS PRESS-in məlumatına görə, özlərini, “Hökumətə qarşı çıxan anarxiyaçılar” adlandıran qrup hökumətlə kreditorlar (borc verən) arasında əldə olunan razılaşmaya öz etirazlarını bildirib.

Afina universitetinin qarşısında toplaşan təxminən 300 nəfərlik qrup, oradan parlament binasının da yerləşdiyi “Sintagma” meydanına doğru yürüş edib.

Yürüş vaxtı təhlükəsizlik tədbiri görən çevik qüvvət polisi ilə onlara daş və \”Molotof kokteyli\” atan aksiyaçılar arasında insident baş verib. Belə ki, çevik polis aksiyaçlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Daha sonra aksiyaçılar ətrafda olan ofislərin, bank şöbələrinin, avtobus dayanacaqlarının və telefon köşklərinin şüşələrini sındırıb, yolda olan avtomobillərə od vurublar.

İlkin məlumata görə, aksiyalar zamanı insan tələfatı və yaralanma hadisəsi qeydə alınmayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button