Dünya

Boris Nemsovun qətlinin təfərrüatları – Video

Boris Nemsovun qətlinin təfərrüatları - Video
Rusiyada bu gecə baş verən qalmaqallı qətlin təfərrüatları yayılıb.

ANS PRESS-in məlumatına görə, məlum olub ki, müxalifyönlü siyasətçi Boris Nemsov Moskva şəhərinin mərkəzində bir qızla gəzərkən qətlə yetirilib.

Qatillərin ehtimal edildiyi maşının da videosu yayılıb. Boris Nemsovun vəkili isə ona axır vaxtlar sosial şəbəkələrdən çoxlu sayda təhdidlərin gəldiyini bildirib.

Boris Nemsovun yanındakı qızın adı açıqlanmasa da Ukraynalı olduğu bildirilir. Hazırda qızı hüquq mühafizə orqanlarının əməkdaşları qətlin bütün detalların öyrənilməsi məqsədi ilə dindirir. Belə ki, hadisənin tək şahidi olaraq yalnız ukraynalı qız qətlin necə baş verdiyi barədə detalları deyərək, istintaqa kömək ola bilər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button