Dünya
Putin Nemtsovun anasına təsəlli verdi: \”Alçaqları cəzalandıracam\”
Rusiya prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb.
Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarına inandığını bildirib: \”Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”.
Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı \”Ford Mondeo\” və \”Kia-Rio\” maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib (anspress).