Dünya

Ərdoğanı facebook-da təhqir edən 13 yaşlı uşaq prokurorluqda

Ərdoğanı facebook-da təhqir edən 13 yaşlı uşaq prokurorluqdaBalıkəsirin Ayvalık mahalında, 13 yaşlı orta məktəb şagirdi U.R.E, prezident Rəcəb Tayyib Ərdoğana \”Facebook\” üzərindən təhqir etməsi iddiası ilə prokurorluğa çağırılaraq, ifadə verib.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prokurorluq şagirdin ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb. 13 yaşlı şagirdin atası bunları deyib: \”Oğlum \”Facebook\” sosial şəbəkəsinədəki şəxsi hesabında bir neçə ay öncə nəsə paylaşıb. Paylaşımın dəqiq nə olduğunu mən də bilmirəm. Amma onlara bir məsləhət verərdim. Belə xırda şeylərə görə, bu qədər əziyyət çəkməkdənsə, ölkəni iki hissəyə bölənlərlə, ayaqqabı qutularına yığdıqları oğurluq pullarla məmləkəti talayanlarla mübarizə aparsınlar.

Oğlumun sinif yoldaşlarının yanında, polislər tərəfindən qolundan tutularaq aparılması nə qədər doğrudur? Hansı dövrdə yaşayırıq? Dövlətin bundan xəbəri varmı? Belə şeylər bizim üçün ayıbdır\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button