Dünya

İŞİD lideri əl-Bağdadinin arvadı və oğlu ələ keçdi

İŞİD lideri əl-Bağdadinin arvadı və oğlu ələ keçdiLivan ordusunun bölmələri ölkənin Suriya ilə sərhədində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin arvadını və oğlunu tutub.

Bu haqda Livan kəşfiyyatındakı mənbələrə istinadən “Röyter” məlumat yayıb. Xəbərdə bildirilir ki, İŞİD liderinin arvadı və oğlu Suriya-Livan sərhədini keçəndən az sonra saxlanılıb. Saxlanılan qadının adı və hansı ölkə vətəndaşı olduğu açıqlanmır.

Livan mənbələri İŞİD liderinin ailə üzvlərinin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq şəraitində saxlanıldığını xəbər verib. Məlumata görə, saxlanılan qadın əl-Bağdadinin bir neçə arvadından biridir. Qadın saxlanılarkən üzərində başqa şəxsə aid sənədlər olub. Onu və oğlunu Livan Müdafiə Nazirliyinin mənzil-qərargahına aparıblar.

Əbu Bəkr əl-Bağdadi hazırda dünyanın ən qorxulu terrorçusudur. Onun başçılıq etdiyi qəddar terror qruplaşmasında 80-dən çox ölkənin vətəndaşları döyüşür. İŞİD Suriya və İraqda böyük əraziləri ələ keçirərək “İslam Dövləti” elan edib. Bu qruplaşmanın on minlərlə silahlısı var

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button