Putin Nemsovun qətlini bilirdi (VİDEO)
Rusiya rəsmiləri müxalifət liderlərinə dünən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemsovun xatirəsinə bazar günü Moskvada yürüş keçirilməsinə icazə verib.
ANS PRESS-in məlumatına görə, müxalifətin əvvəlcədən planlaşdırdığı yerdə keçiriləcək yürüş Moskva şəhər rəsmiləri tərəfindən sanksiyalaşdırılıb.
Rusiya müxalifət lideri Boris Nemsov cümə günü axşam Kreml yaxınlığında körpünü keçdiyi zaman güllə ilə vurulub öldürülüb. Rusiyanın daxili işlər nazirliyi Nemsova dörd dəfə atəş açıldığını bildirib.
Qətlə yetirilməzdən bir neçə saat öncə Rusiyanın “Exo Moskvı” radiosuna müsahibə verən Boris Nemsov Moskva sakinlərini bazar günü Rusiyanın Ukraynada təcavüzü əleyhinə nümayişə qatılmağa çağırmışdı.
Ukrayna prezidenti Petro Poroşenko Nemsovun qətlini pisləyərək, müxalifət liderinin Ukrayna və Rusiya arasında “körpü” rolunu oynadığını deyib.
Dünya liderləri Rusiya müxalifət liderinin qətlini qınayan bəyanatlarla çıxış edib.
ABŞ prezidenti Barak Obama qətli qınayaraq, Rusiyanı hərtərəfli və qərəzsiz təhqiqat aparmağa çağırıb.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü cinayətin sifarişli qətlə bənzədiyini deyərək, onun təhrikçi xarakter daşıdığını bildirib. O, Kremlin təhqiqata nəzarət edəcəyini deyib. Vladimir Putinin qətldən az əvvəl dedikləri sanki baş verəcəklərdən xəbərdar olduğunu göstərir.
\”Komsomolskaya Pravda\” portalı isə Boris Nemsovun son dəqiqələrini canlandırıb.
Hazırda ölkənin baş hadisəsi isə rusiyalı siyasətçilər tərəfindən birmənalı qarşılanmır.