Dünya

Nemtsovun sevgilisi qətlin necə baş verdiyini anasına belə danışıb

Nemtsovun sevgilisi qətlin necə baş verdiyini anasına belə danışıb“Rusiyalı siyasətçi Boris Nemtsov ona arxadan vurulan güllələrdən ölüb. Bunu mənə qızım danışıb”.

Virtualaz.org saytı xəbər verir ki, bunu “İnterfax-Ukrayna” agentliyinə müsahibəsində B.Nemtsovun 23 yaşlı sevgilisi, fotomodel Anna Duritskayanın anası İnna Mixaylovna qızı ilə telefon danışığından sonra deyib.

“Anna Borisi restoranda gözləyib. Onlar şam edib evə getməyə hazırlaşırmışlar. Restorandan çıxandan sonra – küçədə olarkən Anya Borisə taksi ilə getməyi təklif edib. Amma Borya bundan imtina edib və piyada gəzmək istədiyini deyib. Onlar körpünün üstü ilə gedəndə Anya ilə Boris əl-ələ tutubmuş. Anya mənə dedi ki, bu zaman silah səsi eşidib. Boris büzüşüb və yıxılıb. Anya dedi ki, bundan bərk qorxub. O, əvvəlcə dərhal milisi köməyə çağırıb. Sonra isə mənə zəng etdi. Anya telefonda mənə belə dedi: “Ana, Borisi öldürdülər… Onu kürəyindən vurdular. Borisi güllələdilər. O, yerə yıxılıb, mən də onun yanındayam”.

Mən donub qaldım” – deyə İnna Mixaylovna agentliyə bildirib.

Annanın anası bildirib ki, o, səhərə qədər yatmayıb və qızı ilə tez-tez zəngləşib: “Birinci zəngindən bir qədər sonra Anya mənə bir daha zəng vurub dedi ki, artıq milis maşınındadır və ifadə verir. Anyanı səhər saat 5-ə qədər maşında o polis bölməsinə, bu polis bölməsinə aparıblar. Orada ondan ifadə alıblar”.

Bu arada qeyd edək ki, Ukraynanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək Ukrayna vətəndaşı olan Anna Duritskayanın öz ölkəsinə qaytarılmasını tələb edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button