Dünya

Nemtsovun sevgilisi danışdı: “Qatil mənim arxamdan atdı…”

Nemtsovun sevgilisi danışdı: “Qatil mənim arxamdan atdı...”

Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli zamanı onunla birlikdə olan, siyasətçinin sevgilisi. Ukraynalı fotomodel Anna Duritskaya nəhayət qətlin necə baş verdiyini danışıb.

Virtualaz.org saytı xəbər verir ki, “Dojd” telekanalına müsahibəsndə Duritskaya deyib ki, qatil onun arxasından atəş açıb.

“Geri dönəndə açıq rəngli avtomobili gördüm”-o bildirib.

Duritskaya deyib ki, həmin axşam Nemtsovla şam yeməyi yeyiblər və siyasətçinin evinə getmək üçün yola çıxıblar. O vaxta qədər hər hansı şübhəli hadisə baş verməyib.

Qətl baş verəndən sonra Duritskaya yaxınlıqda dayanmış qartəmizləyən maşının sürücüsünə yaxınlaşıb və ondan polisə zəng etməsini xahiş edib.

“O, mənə telefon nömrəsi dedi və mən cinayət yerinə qayıtdım”- deyə qız bildirib.

Polis hadisə yerinə təxminən 10 dəqiqə sonra gəlib.

Duritskaya bildirib ki, həmin gecə səhərə qədər dindirilib, bu zaman yanında vəkil olmayıb. Polis qızın bütün şəxsi əşyalarını yoxlayıb, telefonundakı informasiyaları götürüb.

Duritskayanın bildirdiyinə görə, hələ də Rusiya ərazisində olmasını başa düşə bilmir: “Onlar mənə aeroporta getməyə imkan vermirlər. Mən Rusiyanı tərk etmək hüququna malikəm, ancaq heç yana çıxa bilmirəm. Dəfnə də getməyəcəm”.

Aparıcının sualına cavab olaraq fotomodel deyib ki, Nemtsovun qətlinin qısqanclıq zəminində baş verməsi istisnadır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button