Dünya

Paşinyanı kilsədən qovan keşiş cəzalandırılır

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları Sisiyanda onu kilsədən qovan keşişi cəzalandırmaq istəyir.

Savash.org erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı Arsen Avaqyan çağırış edib.

O bildirib ki, Paşinyanın salamını almayan və onu kilsədən qovan keşiş cəzalandırılmalıdır. Arsen Avaqyan Paşinyanın tərəfdarlarını Sisiyana getməyə çağırıb.

Erməni mediası yazır ki, bu hadisə ciddi qarşıdurmaya səbəb ola bilər. 

Paşinyan əleydarları Avaqyanın söylədiklərini əsas gətirərək hüquq-mühafizə orqanlarını baş verənlərə diqqət göstərməyə çağırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button