Dünya

Fransa, Almaniya və İsveç diplomatları Rusiya XİN-ə çağırılıblar

Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Savash.org xəbər verir ki, Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə dəvət olunublar.

Bildirilib ki, diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button