Dünya

Eyni vaxtda 30 məscidə təhdid məktubu göndərildi

Eyni vaxtda 30 məscidə təhdid məktubu göndərildiFransada İslamafobiyaya qarşı mübarizə aparan təşkilatlardan birinin rəhbəri Abdullah Zekri sensasion açıqlama ilə çıxış edib.

Avropa.info xəbər verir ki, Abdullah Zekri son bir həftə ərzində Fransada yerləşən 30 məscidə təhqir və təhdid məktublarının gəldiyini bildirib. Müsəlmanlara təhqir məzmunlu 30a yaxın məktub göndərildiyini bildirdi.

Zekri jurnalistlərə verdiyi açıqlamada, prokurorluğa şikayət etdiklərini deyib.

\”Le Fiqaro\” qəzeti isə Montbeliard, Pontarliers və Castres qəsəbələrindəki məscidlərə təhqir məzmunlu məktubların gəldiyini və bu məktublarda İslam dininin , Məhəmməd Peyğəmbərin (s.a.s)
təhqir olunduğunu yazıb.

Fransa polisin məlumatına görə, \”Çarli Hebdo\” olayından sonra, yanvarın 7-sindən 20-nə kimi olan tarixdə müsəlmanlara qarşı 128 hücum olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button