Dünya

Ermənistandan növbəti saxtakarlıq: Koronavirus xəstələrinin sayı gizlədilir

Dünyanə cənginə alan pandemiyanın şiddəti ölkəmizdən də yan ötməyib. Xüsusilə son həftələrdə virus daşıyıcılarının sayı kəskin şəkildə artıb. Məlum olduğu kimi, qonşularda də vəziyyət ürəkaçan deyil. Hər gün həmsərhəd olduğumuz ölkələrdə azı 2 min yoluxma faktı aşkarlanır.

Lakin Ermənistan bu dövlətlər arasında həm yoluxma hallarına, həm də ölüm faktlarına görə seçilir. Belə ki, ölkədə gündəlik aşkar olunan COVID-19 daşıyıcılarının sayı heç 200-300 nəfər civarında göstərilri. Bunu Ermənistanda tətbiq olunan koronavirus testlərinin azlığı ilə haradasa əlaqələndirmək mümkündür, lakin hər halda başqa əsaslı səbəblər də mövcuddur.

Maraqlıdır, ümumiyyətlə, Ermənistandakı virus daşıyıcılarının sayı həqiqəti əks etdirir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan terapevt Rasif Bağırov qeyd edib ki, hazırda heç bir ölkədə yoluxma ilə bağlı düzgün statistik rəqəmlər göstərilmir:

“Çünki yoluxmanın əhatəsini tapıb müəyyənləşdirmək çox çətindir. Dövlətin müəyyən etdiyi təcili yardım, poliklinika və digər aidiyyəti qurumlar müraciət edən xəstələr əsasında rəqəm barədə məlumat verir. Axı onlara müraciət etmədən təkcə həkim dəstəyi, hətta tibb bacısı məsləhəti ilə müalicə alan xəstələr də var”. 

Həmsöhbətimiz insanların portal qorxusu səbəbilə xəstəxanaya müraciət etmədiyini, ona görə də sayın reallıqdan çox olduğunu diqqətə çatdırıb:

“Qorxurlar ki, evdən bayıra çıxa bilməyəcəklər. Əslində, statistika bunların hamısını əhatə etsə, yoluxma sayının həddən çox olduğu ortaya çıxar. Rəüəmlər məhz bu kimi hadisələrə görə heç bir ölkədə dəqiq deyil. Hər ölkə bir cür sistem tətbiq edir. O da xəstələrin fəaliyyətini məhdudlaşdırır. Nəticədə onlar səhv yollara əl atırlar və vəziyyət də indiki kimi olur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button