Dünya

Baş nazir istefa verəcək

Moldovanın Baş naziri İon Çicu vəzifəsindən istefa edəcəyini açıqlayıb.

Savash.org xəbər verir ki, Moldovada noyabrın 15-i keçirilən prezident seçkilərdə qalib gələn Maya Sandu sabah vəzifəsinin icrasına başlayacaq.

Bundan bir gün əvvəl Baş nazirin belə qərara gəlməsi isə cəmiyyətdə bir qədər təəccüb doğurub. Nazir mətbuata verdiyi açıqlamada erkən parlament seçkilərinin keçirilməsi üçün lazımlı addımlar barədə ölkə rəhbərliyi ilə məsləhətləşdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, ölkədə Çicu hökuməti 14 noyabr 2019-cu ildə qurulmuşdu.

Baş nazir istefa verəcək

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button