Dünya

“Nikolu güllələyənə bir milyon dollar mükafat verilməlidir“ – Qarnik İsaqulyan

Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyana ittiham elan edilib.

Savash.org xəbər verir ki, müxalif siyasətçi yalan məlumatlar yaymaqda, zorakılığa çağrışda və yaxud zorakılığın təbliğində ittiham olunur.

Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırılıb, lakin təmin olunmayıb, ilkin istintaq davam edir.

Məlumata görə, İsaqulyana qarşı hakim “Mənim addımım” fraksiyasının lideri Lilit Makuntsun da iddia qaldırıb. O, şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsini tələb edir. (Virtualaz.org)

Xatırladaq ki, İsaqulyan “Youtube”da yayılan videoda “Nikolu kim güllələsə, milli qəhrəman adına layiq görülməlidir və ya bir milyon dollar mükafat verilməlidir” çağrışını səsləndirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button