Dünya

Parlamentdə deputatlara dalaşmaq üçün xüsusi yer ayrıla bilər

Parlamentdə deputatlara dalaşmaq üçün xüsusi yer ayrıla bilərUkrayna Ali Radasının spikeri Vladimir Qroysman parlament binasında deputatlar arasında qarşıdurmanın yolverilməz olduğunu bildirib və dava iştirakçılarının, təşkilatçılarının plenar iclaslardan kənarlaşdırılmasını təklif edib.

Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu barədə müvafiq qanun layihəsi yaxın vaxtlarda Ali Radada müzakirəyə çıxarılacaq.

Bundan əlavə spiker vurğulayıb ki, dava etmək istəyənlər üçün parlamentdə boks rinqi quraşdırmağa hazırdır: “Münasibətlərinizi aydınlaşdırmaq istəyirsiniz? Mən parlamentin üçüncü mərtəbəsində rinq quraşdıra bilərəm. Zəhmət olmasa çıxın və qaydalar çərçivəsində münasibətlərinizi aydınlaşdırın”.

Qroysman, həmçinin hansısa fraksiyadan çıxarılan deputatın digər fraksiya və ya qrupa keçməsini qadağan edən müddəa ilə bağlı məsələni qaldıracağını da bəyan edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button