Dünya

Ermənistan dağılır

Noyabrın əvvəllərində Ermənistan ordusunun məğlubiyyəti ilə sona çatan Qarabağ müharibəsi, Ermənistanda davam edən mitinqlər və vətəndaş qarşıdurması bu ölkənin iqtisadi göstəricilərinə təsir göstərməyə bilməzdi.

Bu yazıda Ermənistan Dövlət Statistika Komitəsinin məlumatlarına və erməni müəlliflərinin iqtisadi məqalələrinə əsaslanaraq müharibənin və ermənilərin daxili münaqişəsinin bu ölkənin iqtisadiyyatına təsirini göstərməyə çalışacağıq. 2020-ci ilin dekabr ayı üzrə məlumatlar hələ məlum deyil, oxucu nəzərə almalıdır ki, dekabr göstəriciləri ümumiləşdirildikdən sonra Ermənistan iqtisadiyyatındakı ümumi azalma daha təsirli olacaq.

Dekabrın 25-də Ermənistanın Statistika Komitəsi son 11 ayda – yanvar-noyabr daxil olmaqla makroiqtisadi məlumatları təqdim etdi. 2020-ci ildə üç aylıq müharibə və müharibədən sonrakı milli stres – oktyabr, noyabr, dekabr aylarında Ermənistan iqtisadiyyatına zərbə vurdu. Hələlik dekabr ayı üzrə məlumat yoxdur. Ancaq Ermənistana fəlakətli yürüşü hələ 2020-ci ilin yanvar-aprel aylarında başlayan koronavirusu unutmamalıyıq. Bu aylarda keçən ilin eyni dövrü ilə müqayisədə ölkənin iqtisadi fəallığı mənfi zonaya keçdi (98,3%), daha sonra aydan-aya ağırlaşaraq 8 ayda azalma 93,6%-ə, 9 ayda 93.4 %-ə və 10 ayda 93.3%-ə çatdı. 2-ci və 3-cü rüblərdə Ermənistan iqtisadiyyatının gerilədiyini nəzərə alsaq, ölkənin artıq tənəzzülə uğradığını söyləmək olar (iqtisadiyyat 2 rüb dalbadal gerilədi)”- deyə “Qolos Armenii” vurğulayır.

Nəticədə son 11 ayda Ermənistanda iqtisadi aktivlik göstəricisi 92,8% təşkil etdi, yəni son 11 ayda milli iqtisadiyyat 7,2% itkiyə uğradı.

Xarici ticarət dövriyyəsi 10 ay ərzində 88,6% təşkil edib və noyabr ayı daxil olmaqla azalma 87,6%-ə qədər dərinləşib. Müvafiq olaraq ilə 10 ayda 95,6%-ə düşən ixracat həcmi noyabr ayının daxil ediləndə 94,8%-ə qədər pisləşdi. İdxal məsələsinə gəlincə, 10 ayda idxal olunan mal və xidmətlərin həcmi 85,1%-ə, 11 ayda isə daha çox – 84,1%-ə düşdü.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button