Dünya
ABŞ səfirinə hücum edildi
Cənubi Koreyada ABŞ səfiri Mark Lippertə hücumun səbəbi məlum olub.
ANS PRESS-in məlumatına görə, “The New York Post” xəbər verir ki, səfirə ülgüclə xəsarət yetirən şəxs Seul və Pxenyanın birləşməsini tələb edirmiş.
Qeyd olunur ki, səfir Seulun mərkəzində səhər yeməyinə gedərkən naməlum şəxs ona hücum edib və “Cənubi və Şimali Koreya birləşməlidirlər” qışqırırdı.
Lippertə hücum edən hazırda saxlanılıb. Daha əvvəl Ağ ev bildirmişdi ki, səfirin aldığı yaralar onun həyatına təhlükə törətmir.