Dünya

İsraildə koronavirusa qarşı peyvəndlənənlərin sayı 1 milyona çatdı

İsraildə milyonuncu sakin koronavirusa qarşı peyvəndlənib.

Savash.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a qarşı vaksinasiya dekabrın 20-də başlanıb.

Məlumata görə, birinci mərhələdə səhiyyə işçiləri, geriatriya müəssisələrinin əməkdaşları və öz nümunəsi ilə vətəndaşları vaksinasiyaya təşviq etməli olan hakimiyyət nümayəndələri peyvəndləniblər. İkinci mərhələdə isə yaşı 60-dan yuxarı və risk qrupuna daxil olan insanlara peyvənd vurulub.

Bundan başqa, İsrail noyabrın 1-də yerli istehsal olan koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb. Sınaqlar üç fazada keçiriləcək. Sonuncu fazanın aprel-may ayında keçiriləcəyi planlaşdırılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button