Dünya

Somalidə Türkiyə şirkətinə hücum olub – 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

Savash.org “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button