Dünya

İsraildə şok: hökumət dağıldı

İsraildə şok: hökumət dağıldı

İsrailin baş naziri Benyamin Netanyahu hökumətdə böhranın yaşandığını açıqlayıb.
İsrail Nazirlər Kabinetinin açıqlamasına görə, Netanyahu kabineti quran Yeş Atid Partiyasının lideri, maliyyə naziri Yair Lapid və Hattuna Partiyasının lideri və ədliyyə naziri Tzipi Livninin vəzifələrindən azad edilməsi barədə təlimat verib.
İsraildə 2 il əvvəl qurulan koalisiya hökumətində Lapid 19 millət vəkili, Livni isə 6 deputatla fəaliyyətə başlamışdı. Onların vəzifələrindən azad edilməsi ilə koalisiya hökuməti dağılıb və Netanyahu güvən səsverməsi üçün lazım olan 61 səsi də itirmiş olub (ANS).

Bunun ardınca Netanyahu parlamentin buraxıldığını və vaxtından əvvəl seçkilərin keçiriləcəyini bəyan edib. Bu barədə “Röyter” məlumat yayıb.

“Son bir neçə həftə ərzində nazirlər Lapid və Livni rəhbəri olduğum hökumətə qarşı kəskin hücumlar edir. Mən artıq hökumətin tərkibində müxalifətin olmasına yol vermək niyyətində deyiləm” – deyə Netanyahu qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button