Dünya

Nemtsovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb

Nemtsovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb

Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə görə, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.
Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayevlə birlikdə maşında olub. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar \”KamAZ\” sürücüsü işləyirdi.
Saxlanılanların adları açıqlanmayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button