Dünya

Kadırov Nemtsovun qatilini müdafiə etdi: \”İnanmıram…\”

Kadırov Nemtsovun qatilini müdafiə etdi: "İnanmıram..."Çeçenistan rəhbəri Ramzan Kadırov Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayevin Rusiya Daxili İşlər Nazirliyi sıralarından xaric edilməsinin səbəblərinin araşdırlması ilə əlaqədar respublika təhlükəsizlik orqanlarına göstəriş verdiyini açıqlayıb.

Savash.org-un axar.az-a istinadla verdiyi məlumata görə, həbs edilən şübhəli ilə bağlı Kadırov öz İnstoqram səhifəsində yazıb:

“Mən Çeçenistan Respublikasının təhlükəsizlik orqanının rəhbəri Vahid Usmayevə Zaurun işdən azad olunmasının səbəblərinin dəqiqliklə araşdırılması ilə bağlı göstəriş vermişəm. Bir daha qeyd etmək istəyirəm ki, o, Rusiya və onun maraqlarına qarşı hər hansı addım ata bilməz. O, illərlə bu ölkə naminə şəxsi həyatını dəfələrlə təhlükə altına atıb”.

Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi Boris Nemtsovun ölümündə təqsirli bilinənlər, o cümlədən Çeçenistanın Daxili İşlər Nazirliyinin tərkibində olan “Sever” batalyonunun komandir müavini Zaur Dadayevin aprelin 28-ə qədər həbsi haqqında qərar çıxarmışdı.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button